Dünyada Mİ-17 kabusu yaşanır - Daha bir helikopter 5 hərbçi ilə partladı

Hazırda oxunan: Dünyada Mİ-17 kabusu yaşanır - Daha bir helikopter 5 hərbçi ilə partladı

0:00
0:00
49825

Peruda Mİ-171SH hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həlak olub. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Limadan havaya qalxan helikopter Pukalpa şəhəri istiqamətində uçarkən, Uaroçiri vilayətində qəzaya uğrayıb. 

Peru prezidenti Pedro Kastillo hadisə ilə bağlı başsağlığı mesajı yayımlayıb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, ötən gün Hindistan ordusuna məxsus Mi-17 helikopteri qəzaya uğrayıb. Nəticədə Baş Qərargah rəisi Bipin Ravat və daha 12 hərbçi həlak olub.

Azərbaycanda isə noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəzada 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO