Daha bir azərbaycanlı Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub – ƏTRAFLI - VİDEO

Daha bir azərbaycanlı Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub – ƏTRAFLI - VİDEO

Hazırda oxunan: Daha bir azərbaycanlı Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub – ƏTRAFLI - VİDEO

48956

Feyruz İsayev “Dostluq” ordeni ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə “Lukoyl” şirkətinin 30 illik yubileyi ilə əlaqədar “Lukoyl Moldova” şirkətinin rəhbəri Feyruz İsayev “Dostluq” ordeni ilə təltif edilib.

Mükafatlandırma mərasimi noyabrın 26-da Kremldə baş tutub. Orden Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko tərəfindən Feyruz İsayevə təqdim edilib. 

Qeyd edək ki, “Lukoil Moldova” ən böyük vergi ödəyicilərindən biridir və neft məhsulları bazarında liderlərdən biridir. Eyni zamanda, “Lukoyl Moldova” 1500-ə yaxın insanı işlə təmin edir.

Feyruz İsayev bundan əvvəl Moldovanın “Qloriya Munçiy” və “Şərəf ordeni” kimi medal və ordenlərlə təltif edilib.

Bizim.Media 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO