Moderator.az-ın məlumatına görə, Kiyevə yalnız sazişin iqtisadi tərəfini imzalamaq qalıb. Sazişin siyasi hissəsi daha əvvəl martın 21-də Brüsseldə imzalanmışdı.
Məlum olduğu kimi, imzanı atan hər üç ölkə ərazisində statusu müəyyən edilməmiş bölgələr mövcuddur. Bu Moldova üçün 1990-cı ildən ondan ayrılan Dnestryanı bölgə, Gürcüstan üçün 2008-ci ildən ölkədən ayrılmaq istəyən Abxaziya və Cənubi Osetiya bölgələri, Ukrayna üçün isə yeni əlindən alınana Krım bölgəsi deməkdir.
Ukrayna tərəfindən sənədi bir ay əvvəl prezident vəzifəsinə qalxmış Petra Poroşenko imzalayacaq. O həmçinin Aİ-yə üzv ölkələrin liderləri qarşısında çıxış etməlidir. Moldova tərəfindən imzanı ölkənin baş naziri Yuriy Lyanke, Gürcüstan tərəfindən isə baş nazir İrakli Qaribaşvili imzalayacaqlar.
Ekspertlərin fikrincə bu addım hər üç ölkə üçün iqtisadi baxımdan və Rusiya ilə ticari dövrüyyəsində ciddi nəticələrə gətirib çıxaracaq. Müşahidəçilərin fikrincə, ilk növbədə mənfi nəticələri ilə qarşılaşacaq Ukrayna iqtisadiyyatına zərbə enəcək. Ölkənin Rusiya ilə çox sıx əlaqədə olan nəhəng sənaye obyektləri var. Buna baxmayaraq Avropa və Ukrayna siyasətçiləri inandırmağa çalışırlar ki, saziş imzalandıqdan sonra Ukrayna istehsalçıları üçün avropa qapıları açılacaq və eləcədə biznesin yeni modeli və istehsalatda avropa standartları müəyyən olunacaq.
Sazişin imzalanmasından sonra Gürcüstan tərəfi isə öz kənd təsərrüfatı və şərab istehsalı üçün avropa qapılarının açılacağına güman edir. Lakin bunun üçün o öz istehsalını avropa standartlarına gətirib çıxarmalıdır. Gürcüstan ümüd edir ki, saziş imzalandıqdan sonra əsas şərab alıcısı və narazı Rusiya tərəfi məsələni dərinləşdirmiyəcək və Gürcüstana şərab və meyvə embarqosu qoymayacaq.










































































































