Rusiyadan Türkiyəyə xəbərdarlıq

Rusiyadan Türkiyəyə xəbərdarlıq

Hazırda oxunan: Rusiyadan Türkiyəyə xəbərdarlıq

44016
Rusiya Türkiyəyə xəbərdarlıq edib.
Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni Montro Boğazlar Müqaviləsinin şərtlərinə riayət etməyə çağırıb. 
Lavrov Moskvada qazaxıstanlı həmkarı Yerlan İdrisovla görüşdən sonrakı mətbuat konfransında sualları cavablandırıb. Jurnalistin ABŞ hərbi gəmilərinin Qara dənizdə qalma müddətinin bitməsi ilə bağlı sualına cavab verən Lavrov bunları deyib: "Montro Boğazlar Müqaviləsində Qara dənizdə sahili olmayan ölkələrə aid hərbi gəmilərin miqdarı və qalma müddəti ilə bağlı şərtlər var. Son dövrlərdə ABŞ gəmiləri ilk dəfədir ki, göstərilən müddəti keçib. Bu müqavilənin şərtləriinə uyğun olmalıdır. Biz bunu ABŞ və Türkiyənin diqqətinə çatdırdıq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO