30 yaşa qədər kişilərə “Moderna” vaksini qadağan olundu – TƏFƏRRÜAT - VİDEO

30 yaşa qədər kişilərə “Moderna” vaksini qadağan olundu – TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: 30 yaşa qədər kişilərə “Moderna” vaksini qadağan olundu – TƏFƏRRÜAT - VİDEO

40751

Avropada COVİD yoluxmaları artmaqdadır. Belə ki, Rumıniyada pandemiya başlayandan bu yana ən yüksək yoluxma və ölüm statistikaları qeydə alınıb.

Bizim.Media xəbər verir ki, sutka ərzində Rumıniyada 15 min yoluxma qeydə alınıb, 330 nəfər isə ölüb.

Ölənlərdən 303-ü peyvəndlənməyənlərdir. 

Həyatını itirənlər arasında 48-90 yaşarası insanlar üstünlük təşkil edir. Rumıniya ilə yanaşı Latviya da tibb işçilərinin fövqəladə rejimə keçidini elan edib. Antirekordlardan biri də Rusiyda qeydə alınıb. Ötən ilin 31 dekabr tarixindən sonra ən çox yoluxma nəzərə çarpıb: 27 min 550 nəfər.

Finlandiyanın səhiyyə institutu isə Amerikanın “Moderna” vaksinini 30 yaşa qədər kişilərə vurulmaması barədə çağırış edib.

Həkimlərin fikrincə, 30 yaşa qədər kişilərdə peyvənddən sonra fəsadlar daha çox ola bilər. 30 yaşa qədər kişilərə “Moderna” qadağasına İsveç və Danimarka da qoşulub.

Videonu təqdim edirik:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO