Perm Universitetində baş verən qətliamda bir iraqlı tələbə yaralanıb.
Bizim.Media xəbər verir ki, onun iraqlı dostu isə sinəsi ilə bir qızı ölümdən qurtarıb.
Bu haqda o, “RİA Novosti”yə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Perm Universitetində atışma: Ölən və yaralananlar var – ANBAAN VİDEO
"Fasilə zamanı, əsas binadan bir qədər aralıda fontanın yanında dayanmışdım, silahlı qara geyimli bir gənci gördüm. O, fəvvarənin yanında atəş açmağa başladı. İnsanlar qaçdı. Yaxınlıqda bir qız var idi, atış səsləri çıxanda yerə uzandı. Mən onu sinəmlə qorudum" deyə tələbə bildirib.
Bizim.Media