Dağıstanda oğurluq: neftlə dolu Azərbaycan tankeri tutuldu

Dağıstanda oğurluq: neftlə dolu Azərbaycan tankeri tutuldu

Hazırda oxunan: Dağıstanda oğurluq: neftlə dolu Azərbaycan tankeri tutuldu

31792
Azərbaycan bayrağı ilə üzən “Naftalan” tankeri Xəzər dənizinin Dağıstan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub. Musavat.com-un “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, tankerdə qaçaqmal neft olub. Tanker Azərbaycanın Səngəçal limanına gedirmiş. Tankerin göyrəntəsində bir neçə min ton xam neft olub.

“Həmin neft “Lukoyl” neft şirkəti tərəfindən Xəzər lənizinin Həştərxan şelfində hasil olunub və Bakı-Novorossiysk magistiral neft kəməri ilə nəqli nəzərdə tutulub”, - Federal Təhlükəsizlik Xidmətdən biodirilib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 226.1 (strateji resursların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb.

Dağıstan televiziyasının məlumatına görə, tanker Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO