ÜST dünyanı niyə qorxu içində saxlayır? – PƏRDƏARXASI MƏQAMLAR

ÜST dünyanı niyə qorxu içində saxlayır? – PƏRDƏARXASI MƏQAMLAR

Hazırda oxunan: ÜST dünyanı niyə qorxu içində saxlayır? – PƏRDƏARXASI MƏQAMLAR

31489

Çinin Uhan şəhərində koronavirus meydana çıxan zaman bunun qarşısını almamaqda günahlandırılan Ümümdünya Səhiyyə Təşkilatının indi 10 gündən bir xəbərdarlıq tipli bəyanatları səngimək bilmir.  

“Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır” – Bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, infeksiyaya yoluxanların sayında artıma səbəb sosial təmaslar, düzgün təşkil edilməyən ictimai siyasət tədbirləri və peyvəndin qeyri-bərabər paylanmasıdır.

Məlum olduğu kimi, Azərbaycanda da yoluxma sayı yenidən sürət götürüb. Bu gedişlə ölkəmizi payızda nə gözləyir? Koronavirusa qarşı bu vaxta qədər görülən tədbirlər effekt vermirsə, digər mübarizə üsulları necə seçilməlidir?

Həkim terapeft Rasif Bağırov Bizim.Media-ya açıqlamasında ÜST Baş direktorunun açıqlamasını qeyri-ciddi adlandırıb: 

“Bu adamın əvvəllər verdiyi bəyanatlar da dünyanın aparıcı ölkələrində qəbul olunmayıb. Təcrübə onu göstərir ki, vaksin olunmuş insanların böyük əksəriyyətinin koronavirus xəstəliyinə tutulma ehtimalı yoxdur, tutulanlar isə xəstəliyi yüngül keçirirlər. Koronavirusa qarşı mübarizədə kifayyət qədər uğurlar var. “Pfizer” vaksini bütün sınaqlarda müsbət nəticələr göstərib. Digər tərəfdən isə İsraildə xəstəliyin dərmanının tapılması ilə bağlı da məlumat yayılıb. Bu baxımdan da “dünya təhlükədədir” deyə pessinizmə qapılmağa ehtiyac yoxdur”.

Rasif Bağırov qeyd edib ki, “Pfizer” vaksini Azərbaycanda əlçatan formada olarsa, vaksinasiya prosesi qısa zamanda yekunlaşar.

Bununla belə terapeft şəxsi təcrübəsində  də son zamanlar yoluxmanın artdığını bildirib:

“Amma müraciət edən arasında peyvənd olunanlar yoxdur”.

Ekspertin də dediyi kimi artıq kütləvi psixoz dövrü arxada qalıb. Ən azı dünya bu virusla tanışdır. Belə olan halda ÜST-ün üst-üstə bəyanatları nəyə söykənir?

Siyasi ekspertlərin fikrincə isə ABŞ-ın Cinin virusla bağlı sirlərini açıb tökdükcə, ÜST-ün direktoru da narahatçılıq keçirməyə başlayıb. Xatırlayırsızsa, hələ koronanın yayıldığı ilk aylarda dünya mətbuatı, ABŞ-ın keçmiş prezidenti belə Çin hökumətinin, Bill Qeytsin və ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun işbirliyi haqda mülahizələr irəli sürmüşdü. 

Xatirə Nəsirli, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO