Türkiyədə 60-a yaxın miqrant saxlanılıb

Türkiyədə 60-a yaxın miqrant saxlanılıb

Hazırda oxunan: Türkiyədə 60-a yaxın miqrant saxlanılıb

271628
Türkiyənin Aydın şəhərində onlarla qanunsuz miqrant saxlanılıb.

Qanunsuz miqrantların olduğu qayıq ölkənin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları tərəfindən Quşadası körfəzində aşkarlanıb.

Qayıqda 22 suriyalı, 7 konqolu və Afrikadan daha 2 nəfər olmaqla, ümumilikdə 31 miqrant aşkarlanıb. İkinci əməliyyat zamanı isə 20 fələstinli, 8 suriyalı olmaqla, daha 28 qanunsuz miqrant saxlanılıb.

Saxlanılan miqrantlar ifadələrinin alınması üçün Aydın şəhərinin Miqrant Bürosuna təhvil veriliblər.(Qafqazinfo)xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO