122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

Hazırda oxunan: 122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

624687

Kürdəmir rayonunun Karrar kəndində yerləşən, 1904-cü ildə tikilmiş Bakı–Batumi neft kəmərinin ötürücü nasos stansiyası tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən tikili hazırda dövlət mühafizəsində olan tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməyib.

Lakin tikilinin tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq qeydə alınıb və onun tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO