Trampdan Aİ-yə sərt İTTİHAMLAR – Avropada narazılıq PİK HƏDDƏ

Trampdan Aİ-yə sərt İTTİHAMLAR – Avropada narazılıq PİK HƏDDƏ

Hazırda oxunan: Trampdan Aİ-yə sərt İTTİHAMLAR – Avropada narazılıq PİK HƏDDƏ
268804
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İstəklilələr koalisiyası”nın üzvləri ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı gərgin məcrada keçib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, söhbətdən sonra Avropa liderləri arasında “narazılıq və məyusluq” hökm sürür.

Məlumata əsasən, avropalılar 4 sentyabrda baş tutan telefon danışığından sonra da Trampın Rusiyaya qarşı sanksiya tətbiq edəcəyini gözləmirlər.

Avropa tərəfi 48 saat ərzində Vaşinqtona nümayəndələr göndərməyi və yeni sanksiyalar məsələsi üzrə birgə işçi qrupunun yaradılmasını təklif edib.

Lakin Bild yazır ki, Trampın bu təklifə razılaşıb-razılaşmadığı hələlik bəlli deyil. Nəşrin məlumatına görə, Ağ Ev rəhbəri Avropa İttifaqını Rusiya neftinin idxalını davam etdirməkdə ittiham edib.

Qeyd edək ki, sentyabrın 4-də Parisdə “istəklilər koalisiyası”nın üzvlərinin görüşü baş tutub. Görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə edilib. 

Məlumat üçün bildirək ki, “istəklilər koalisiyası”nda Fransa, Böyük Britaniya və Almaniya da daxil olmaqla 30-a yaxın ölkə təmsil olunur. Sözügedən ölkələr Ukraynaya dəstəyin davam etdirilməsi üçün bir araya toplaşıblar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO