Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır

Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır

Hazırda oxunan: Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır

267707
Belarusun “Belneftxim” konserni bəyan edib ki, “Dostluq” boru kəməri ilə ölkəyə daxil olan Rusiyanın “Urals” ixrac neft qarışığının keyfiyyəti kəskin aşağı düşüb.

Konsernin bəyanatına əsasən, daxil olan neftdə orqanik xlor birləşmələrinin miqdarı həddən artıq çoxdur ki, bu da neft emal zavodlarının fəaliyyətinin texnoloji rejimlərinin pozulmasına gətirib çıxara bilər.

Rusiyanın “Transneft” şirkətindən isə bildiriblər ki, şirkət sutkalıq olaraq orqanik xloridlərin mövcudluğunun göstəricilərini monitorinq edir, həmçinin kirlənmə mənbəyini təyin etmək üçün arbitraj nümunələri keçirir.(modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO