Əməkdar artist Zakir Əliyev sənət aləmində müğənnilər arasındakı münasibətlərdən danışıb.
Bizim.Media xəbər verir ki, ifaçı "Günə uğurla" verilişində qonaq olarkən həmkarları arasında olan rəqabət və paxıllıq mövzusuna toxunub.
Z. Əliyev bildirib ki, yaxşı ifaçıların səhnədə olması hər kəs üçün uğurdur:
"Yaxşı ifaçıların səhnədə olması hamımız üçün uğurdur. Özün də inkişaf edirsən, artırırsan. Rəqabət yaranır. Yaxşı ifaçı ilə eyni səhnəni bölüşəndə onun oxumağından enerji alırsan. Burada nə pis var?".
Müğənni qeyd edib ki, paxıllıq sənətə yaraşmır:
"Paxıllıq acizlikdir. Sənəti cılız olanlar paxıl olurlar. Sənəti olan insan paxıl olmur. Həmişə dua edirəm ki, müğənnilərin səsi yaxşı olsun. Paxılın içi yanır, ömrü qısa olur. Paxıllıq ifaçını məzara aparır. Bir dəfə müğənnilərdən biri dedi ki, sənən paxıllıq edənlərin hamısı ölüb". (axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
18:26 / 31.07.2026
"Mənə paxıllıq edənlərin hamısı ölüb"
Hazırda oxunan: "Mənə paxıllıq edənlərin hamısı ölüb"
Hazırda oxunan: "Mənə paxıllıq edənlərin hamısı ölüb"
628618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































