İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!
628691
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnternetdən həddindən çox istifadə etmək əhval-ruhiyyəni pisləşdirir. 

Bizim.Media "Sabah"a istinadla xəbər verir ki, Almaniyanın Duisburq-Essen Universitetində aparılan yeni araşdırmaya görə, internetdən həddindən artıq və problemli istifadə insanların stress səviyyəsini artırır, əhval-ruhiyyəsini pisləşdirir və real həyatdakı fəaliyyətlərdən uzaqlaşmasına səbəb olur.

900 yetkin iştirakçının internetdən istifadə vərdişlərinin təhlil edildiyi araşdırmada
onlar istifadə tezliyinə görə üç qrupa – xəstəlik səviyyəsində asılılığı olanlar, risk qrupunda olanlar və risksiz istifadəçilər – bölünüblər.
 

Tədqiqatın nəticələrinə əsasən, internetdə keçirilən vaxt artdıqca insanların gündəlik həyatın digər sahələrində aktivliyi azalır və onlar daha çox onlayn mühitə yönəlirlər.


Araşdırmanın həmmüəllifi Silke M. Müller bildirib ki, internetdən istifadə hər zaman mənfi nəticələr doğurmur. Onun sözlərinə görə, internet əyləncə və istirahət vasitəsi ola bilər.

Lakin fiziki aktivlik, təmiz havada gəzmək və dostlarla vaxt keçirmək kimi fəaliyyətlər
də gündəlik həyatın ayrılmaz hissəsi olmalıdır.

Mütəxəssis vurğulayıb ki, əsas problem internetdən həddindən artıq və nəzarətsiz istifadədən qaynaqlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO