Amerika ağ kəpənəyi evlərə daraşıb - VİDEO

Amerika ağ kəpənəyi evlərə daraşıb - VİDEO

Hazırda oxunan: Amerika ağ kəpənəyi evlərə daraşıb - VİDEO

628654

Lənkəran rayonunun bir sıra yaşayış məntəqələrində Amerika ağ kəpənəyinin yayılması sakinlərin narahatlığına səbəb olub.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, Liman şəhəri, Boladi, Separadi, Zövlə kəndləri və ətraf ərazilərdə yaşayan sakinlər deyirlər ki, zərərvericilər həyətyanı sahələrdə, ağaclarda əsasən may ayının sonlarından etibarən müşahidə olunub.

Son günlər isə daha da artaraq meyvə ağaclarına və əkin sahələrinə zərər vurub. Həşəratlar hətta həyətlərdən evlərin içinə daxil olurlar.

Problemlə bağlı Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizə və fumiqasiya mərkəzinin rəisi Ceyhun İbrahimov bildirib ki, hazırda rayonun Nərimanabad, Üzümçülük, Liman, Port, Şirinsu, Boladi və Zövlə ərazilərində Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri görülür.

O da qeyd edilib ki, 2026-cı ildə 6500 hektar ərazidə monitorinqlər aparılıb.

Onlardan 4700 hektarında Amerika ağ kəpənəyi müəyyən edilib. Hazırda həmin ərazilərdə zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO