Dünya çempionatı: Güləşçimiz təsəlliverici görüşə çıxacaq

Dünya çempionatı: Güləşçimiz təsəlliverici görüşə çıxacaq

Hazırda oxunan: Dünya çempionatı: Güləşçimiz təsəlliverici görüşə çıxacaq
628628
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 5-ci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqramda mübarizəyə start verilib.

Hüseyn Rzazadə (48 kiloqram) 1/8 finalda hindistanlı Aaryan Aaryana minimal fərqlə məğlub olub – 5:6. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.
 

Təsnifat mərhələsində Abbas Şəfiyev (55 kiloqram) qazaxıstanlı Temirlan Murata (1:9), Rəşid Nəzərov (65 kiloqram) ermənistanlı Erik Papikyana (1:9), Hakim Tağıyev (110 kiloqram) isə özbəkistanlı Bəhruz Aşırova (2:3) uduzub.


Nihad Süleymanlı (80 kq) 1/8 finalda qırğızıstanlı Əli Bəkzodoviç Zakircanova tam üstünlüklə (10:0) qalib gəlsə də, növbəti görüşdə türkiyəli Volkan Bilginə 6:10 hesabı ilə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO