Cərrahiyə otağında özbaşınalıq: Xəstənin həyatını heçə sayan həkimləri nə gözləyir? - VİDEO

Cərrahiyə otağında özbaşınalıq: Xəstənin həyatını heçə sayan həkimləri nə gözləyir? - VİDEO

Hazırda oxunan: Cərrahiyə otağında özbaşınalıq: Xəstənin həyatını heçə sayan həkimləri nə gözləyir? - VİDEO

628644

Əməliyyat otağında, adətən, əsas diqqət yalnız pasiyentin sağlamlığına yönəlir. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə əməliyyat zamanı yüksək səslə musiqi altında trend videosunun çəkildiyi görünür.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, videonu paylaşan LOR həkim Rauf Haqverdiyev bunun endirim kampaniyası çərçivəsində hazırlandığına dair paylaşım edib.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bəs əməliyyat otağında bu cür çəkilişlərin aparılması qanunvericiliyə və tibb etikasına uyğundurmu?

"Birincisi, xəstənin sirri onun razılığı olmadan ictimailəşdirilə bilməz. Bu, qanun pozuntusudur. İkincisi, hər bir cərrahi əməliyyat üçün ayrılan vaxt səmərəli istifadə olunmalı, maksimum qısa müddətdə yekunlaşdırılmalıdır. Burada əlavə işlərə yol vermək xəstəni uzun müddət narkoz altında saxlamaq deməkdir.

Əgər bu görüntülər çəkilib sosial şəbəkəyə qoyulursa, bu, həkimin xəbəri olmadan necə baş verə bilər?! Ümumiyyətlə, nəinki musiqi, hətta diqqəti yayındıran istənilən hərəkət yolverilməzdir", - deyə məsələ ilə bağlı danışan həkim Adil Qeybulla Baku TV-yə bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO