"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

Hazırda oxunan: "The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

628659

Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı dənizdən və qurudan böyük, əlaqələndirilmiş hərbi əməliyyata hazırlaşır. 

Bizim.Media xəbər verir ki, bu barədə Yəmən mənbələrinə istinadən "The Guardian" məlumat dərc edib.

Qeyd olunub ki, Ər-Riyad Yəmənin mərkəzi hissəsində ehtimal olunan hücum üçün qüvvələrini cəmləşdirir. 

Bundan əlavə, səudiyyəlilərin məqsədi Qırmızı dənizin cənub hissəsindəki blokadanı aradan qaldırmaq və maneəsiz neft ixracını bərpa etməkdir.

Husilər isə öz növbəsində Krallığın Yəmənə qoyduğu məhdudiyyətləri ləğv etməsi müqabilində Səudiyyə gəmilərinin dəniz blokadasını dayandırmağa hazır olduqlarını bildiriblər. 

Təşkilat nümayəndələri həmçinin vurğulayıblar ki, münaqişə İranın maraqları ilə deyil, Yəmənin gələcəyi ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO