Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA

Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA

Hazırda oxunan: Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA
628557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Kinematoqrafçılar İttifaqının yubileyinə gedirəm. Yoldaşlar xahiş etdi, mən də dözmədim. Yeriməkdə çətinlik çəkirəm”.

Bunu Bizim.Media-ya uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən Xalq artisti, rejissor Əbdül Mahmudov deyib.

O, bildirib ki, xeyli müddətdir ki, ev şəraitində müalicəsini davam etdirir:

“Moskvaya müayinəyə getmişdim. Baxdılar, yazdılar, pozdular. Prostatdan əməliyyatı vacib bildilər. İnşallah sentyabrda əməliyyat olunacam. Əsas xəstəliyim qocalıqdır. Qocalmağımla əlaqəli hər şey qarışıb bir-birinə. Həyatım kimi xəstəliyim də fərqlidir. 4-5 xəstəlik aşkar olunub. Birinin müalicəsi o birinə zərər verir. Həkimlər sağ olsunlar, çalışırlar.  Xəstəliyim bronxdur, prostatdır, mədə-bağırsaqdır.... Görək də Allah kərimdir”, - deyə o, qeyd edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO