ADY-dən sürücülərə XƏBƏRDARLIQ - “Yol həmişə qatarındır”

ADY-dən sürücülərə XƏBƏRDARLIQ - “Yol həmişə qatarındır”

Hazırda oxunan: ADY-dən sürücülərə XƏBƏRDARLIQ - “Yol həmişə qatarındır”

628614

Xəbər verildiyi kimi bu gün minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil Gəncə stansiyası sahəsində hərəkətdə olan teplovozun qarşısına çıxıb.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Baş verən hadisə ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC hərəkət iştirakçılarına müraciət edib:

“ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Unutmaq olmaz ki, yol həmişə qatarındır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO