Şənbə və bazar günləri hava necə olacaq?

Şənbə və bazar günləri hava necə olacaq?

Hazırda oxunan: Şənbə və bazar günləri hava necə olacaq?

628693

Bu həftənin şənbə və bazar günləri, yəni avqustun 1-i və 2-si Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
 

O bildirib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir.


Havanın maksimal temperaturu Aran rayonlarında 34-39, dağlıq ərazilərdə 23-28 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO