
- A-
- A
- A+
Region
00:54 / 01.08.2026
1 dəq oxunma
Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO
Hazırda oxunan: Ermənistanda yeraltı elektrik kabeli partladı - VİDEO
628673
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İrəvanın mərkəzi küçələrindən birinin altından keçən elektrik kabeli həddindən artıq yüklənmə səbəbindən partlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin müvəqqəti rəhbəri Romanos Petrosyan "Facebook" sosial şəbəkəsində məlumat verib.
"Bu mövsümdə isti hava şəraiti ilə əlaqədar elektrik enerjisi istehlakında yüklənmə artır, bu isə paylayıcı şəbəkədəki hava xətlərində və kabellərdə qaçılmaz olaraq qəzalara gətirib çıxarır", — deyə Petrosyan izah edib.
Qeyd olunub ki, hadisədən dərhal sonra qəza yerində bərpa-təmir işlərinə başlanılıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































