Kondisioner qarşısında yatmaq ürək xəstələri üçün təhlükə yarada bilər.
Bizim.Media "Sabah"a istinadla xəbər verir ki, tərləmiş vəziyyətdə qəfil çox soyuq mühitə daxil olmaq və ya isti havada soyuq suya girmək ürək ritminin pozulmasına səbəb ola bilər.
Buna görə də kardioloqlar bildiriblər ki, bu, xüsusilə kardioloji problemləri olanlar üçün ciddi risk yaradır.
Mütəxəssislər vurğulayırlar ki, orqanizm temperaturun qəfil dəyişmələrindən qorunmalıdır. Bu səbəbdən ürək xəstələrinə kondisioneri çox aşağı temperatura tənzimləyərək onun qarşısında yatmaqları məsləhət görülmür.
Orqanizmin yeni temperatura uyğunlaşması üçün kondisionerin optimal otaq temperaturuna tənzimlənməsi və isti-soyuq mühit arasında keçidlərin tədricən həyata keçirilməsi lazımdır.
Bizim.Media
































































































