Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradıldı – QƏRAR

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradıldı – QƏRAR

Hazırda oxunan: Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradıldı – QƏRAR

628602

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb.

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilib.

Komissiyanın tərkibi aşağıdakı kimidir:

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi

Komissiyanın sədri Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini- Azər Mursaqulov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini.

Qərarla eyni zamanda rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən dövlət orqanlarının (qurumlarının) siyahısı da müəyyənləşib.

- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

- Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

- Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti

- Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO