Bloqer Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Bloqer Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Hazırda oxunan: Bloqer Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

628623

Prokuror pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı qiyabi iş üzrə bloqer Hüseyn Həsənovun 6 il azadlıqdan məhrum edilməsini istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə "REN TV"yə H.Həsənovun vəkili Mixail Yusupov məlumat verib.

İttiham tərəfinin versiyasına görə, Həsənov 170 milyon rubldan (2,1 milyon dollar) çox məbləğdə vergidən yayınıb, bundan sonra daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlayaraq pul vəsaitlərinin bir hissəsini leqallaşdırıb.

Bloqer bu iş üzrə özünü təqsirli bilmir. Daha əvvəl o, sosial şəbəkələrdə vergi borcunu ödədiyini və məhkəmədə maraqlarını vəkillər komandasının təmsil etdiyini bildirmişdi.

2025-ci ilin yazında Həsənov qiyabi həbs olunaraq axtarışa verilib. İstintaqın məlumatına görə, o, həmin ilin fevralında Rusiya ərazisini tərk edib. KİV-in məlumatına görə, bloger Azərbaycanda və ya BƏƏ-də ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO