Dünyada ət qiymətləri rekord səviyyəyə çatdı

Dünyada ət qiymətləri rekord səviyyəyə çatdı

Hazırda oxunan: Dünyada ət qiymətləri rekord səviyyəyə çatdı
266804
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyul ayında beynəlxalq ət və bitki yağları qiymətlərinin artması səbəbindən qlobal ərzaq qiymətləri 1,6% yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının hesabatda qeyd olunub.

Məlumatda bildirilib ki, ət qiymətləri indeksi iyulda aylıq bazada 1,2% artaraq 127,3 xalla rekord səviyyəyə çatıb. İllik artım isə 6%-ə bərabər olub.
 

ABŞ-də Dana əti qiymətləri son bir ildə 15,9% artaraq 453 qram üçün 6,3 dolları keçib. Son iki ildə qiymətlər davamlı yüksəliş trendi göstərir.


Avropa İttifaqı ölkələrində də ət qiymətləri rekord həddə çatıb. Aİ Komissiyasının məlumatına görə, 11-17 avqust həftəsi üçün 100 kiloqram ət 662,31 avro olub və illik artım 32,8%-dir. Bu artım, Ai-də illik 2,3% olan inflyasiyanı xeyli üstələyir.
 

İngiltərədə isə ət qiymətləri tarixdə ən yüksək səviyyəyə çatıb. Keçən il avqustda 1 kiloqram ət 7,2 funt idisə, bu il 10,6 funt olub. İllik artım 47%-dir, ölkədə isə inflyasiya 3,8% ölçülüb.


Analizlərə görə, qlobal ət qiymətlərindəki artım camış və qoyun əti qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Xüsusilə Çin və ABŞ-dən gələn güclü tələbat qiymətləri artırıb. Bu tələbat Avstraliya və Braziliya kimi böyük istehsalçı ölkələrdə də qiymətləri yuxarı çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO