Ukrayna bu formada bölünəcək – Dörd mümkün SSENARİ – FOTO

Ukrayna bu formada bölünəcək – Dörd mümkün SSENARİ – FOTO

Hazırda oxunan: Ukrayna bu formada bölünəcək – Dörd mümkün SSENARİ – FOTO
264931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş öncəsi Ukraynada sülhün təmin olunması ilə bağlı müxtəlif proqnozlar önə sürülüb. Bir çox ekspertlər Ukraynanın bölünməsi ehtimalını yüksək qiymətləndirirlər.

Bizim.Media xəbər verir ki, “The Times” Ukraynanın bölünməsi ilə bağlı dörd mümkün ssenarini dərc edib.

Birinci varianta əsasən, sülh razılaşması mövcud cəbhə xətti üzrə əldə olunur. Tərəflər mövcud mövqelərdə qalır, əlavə ərazi dəyişiklikləri baş vermir.

Ukrayna bu formada bölünəcək – Dörd mümkün SSENARİ – FOTO - foto 1

İkinci varianta görə, cəbhə xətti əsas götürülür, lakin Ukraynanın nəzarətində olan Donetsk vilayətinin qalan hissəsi də Rusiyaya verilir.

Ukrayna bu formada bölünəcək – Dörd mümkün SSENARİ – FOTO - foto 2

Üçüncü variantda isə Rusiya hazırda iddia etdiyi dörd vilayətin — Donetsk, Luqansk, Zaporojye və Xersonun — hamısını tam nəzarətə alır.

Ukrayna bu formada bölünəcək – Dörd mümkün SSENARİ – FOTO - foto 3

Dördüncü varianta əsasən, Rusiya Donbası (Donetsk və Luqansk) və bütövlükdə Zaporojye vilayətini alır. Ukrayna isə tam olaraq Xerson vilayətinə nəzarət edir.

Ukrayna bu formada bölünəcək – Dörd mümkün SSENARİ – FOTO - foto 4

Qeyd dək ki, rəsmi Kiyev Rusiyaya torpaq güzəştlərini qəti şəkildə rədd edir.  Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa bildirib ki, Kiyev müharibənin başa çatması müqabilində ərazilərin bir hissəsini Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri nəzərdən keçirmir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO