Tramp: “Dronlar bir nömrəli silaha çevrilib”

Tramp: “Dronlar bir nömrəli silaha çevrilib”

Hazırda oxunan: Tramp: “Dronlar bir nömrəli silaha çevrilib”
254277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp “Pod Force One” proqramına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsini “pilotsuz aparatların (dronların) müharibəsi” adlandırıb.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, dronlar müasir döyüşlərin xarakterini kökündən dəyişən yeni, güclü və ağıllı silaha çevrilib.

“Əgər bu dəhşətli Rusiya-Ukrayna müharibəsinə baxsaq, hansı ki, biz onu dayandırmağa çalışırıq, görərik ki, bu, dronların müharibəsidir”, – deyə Tramp bildirib.

O vurğulayıb ki, cəmi üç il əvvəl belə, dronların döyüş meydanında bu qədər mühüm rol oynayacağını heç kim təsəvvür etməzdi. Tramp qeyd edib ki, pilotsuz aparatlar artıq qismən digər silah sistemlərini, hətta təyyarələri belə əvəzləyir.

“Bu, təəccüblüdür. Kim düşünərdi ki, bir dron bu qədər güclü silaha çevriləcək!” – deyə ABŞ Prezidenti əlavə edib.

Tramp həmçinin vurğulayıb ki, həm Ukrayna, həm də Rusiya bu texnologiyadan fəal şəkildə istifadə edir və bu, müasir müharibələrin mahiyyətini dəyişir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO