Planetin ən qorxunc yerlərindən biri - Heyvanları "DAŞA ÇEVİRƏN" göl - FOTO

Planetin ən qorxunc yerlərindən biri - Heyvanları "DAŞA ÇEVİRƏN" göl - FOTO

Hazırda oxunan: Planetin ən qorxunc yerlərindən biri - Heyvanları "DAŞA ÇEVİRƏN" göl - FOTO
253880
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tanzaniyanın şimalında yerləşən Natron gölü - planetin ən sirli və ölümcül göllərindən biri hesab olunur. Onun suyu ammiak qədər yandırıcıdır, pH səviyyəsi isə 10.5-ə çatır. Bu ekstremal şəraitə görə gölün sahillərində ölən heyvanlar kalsiumla örtülərək sanki daşlaşırlar.

Bizim.Media xəbər verir ki, bu barədə "Live Science" portalında dərc olunan məqalədə qeyd olunub.

Gölün bu qədər təhlükəli olmasına səbəb onun vulkanik mənşəyi və sulara yuyulan natrium-karbonat, həmçinin digər duzlarla zəngin olmasıdır.

Buna baxmayaraq, bəzi canlılar burada yaşamağa uyğunlaşıblar. Natron gölü, dünyanın 75%-ni təşkil edən 1.5-2.5 milyon arası kiçik flaminqonun əsas çoxalma məkanıdır. Flaminqolar göldə yaranan adalarda yuva qurur, onların ayaqlarındakı sərt dəri və pulcuqlar isə kimyəvi yanmalardan qoruyur.

Bundan başqa, göldə bəzi tiplərdə tilapiya balıqları, həmçinin qırmızı rəng verən halofil mikroorqanizmlər və sianobakteriyalar da yaşayır.

Flaminqolar məhz bu mikroorqanizmlərlə qidalandıqları üçün onların lələk örtüyü çəhrayı rəng alır.

Göldə yay aylarında temperatur 60 dərəcəyə çatır. Cəmi 0,5 metr dərinliyə malik gölün genişliyi isə 15 kilometrə çatır və mövsümə görə dəyişir.

2013-cü ildə aparılan tədqiqatlar zamanı alimlər göl sahilində daşlaşmış quş və yarasa qalıqları aşkar ediblər. Onlar göldə ölüb və natrium karbonatın təsiri ilə sanki "mumiyalanıblar".

Bu xüsusiyyətlərinə görə, Natron gölü "Yer kürəsinin ən qorxulu gölü" adlandırılır. (oxu.az)

Planetin ən qorxunc yerlərindən biri - Heyvanları
Planetin ən qorxunc yerlərindən biri - Heyvanları
Planetin ən qorxunc yerlərindən biri - Heyvanları

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO