Müharibə başlayandan bəri ən BÖYÜK HÜCUM – Xarkov alovlara QƏRQ OLDU – ANBAAN VİDEO

Müharibə başlayandan bəri ən BÖYÜK HÜCUM – Xarkov alovlara QƏRQ OLDU – ANBAAN VİDEO

Hazırda oxunan: Müharibə başlayandan bəri ən BÖYÜK HÜCUM – Xarkov alovlara QƏRQ OLDU – ANBAAN VİDEO
253467
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Xarkov şəhəri müharibə dövründəki ən dağıdıcı hücuma məruz qalıb. Cəmi bir saat yarım ərzində şəhərdə azı 40 partlayış qeydə alınıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkovun meri İqor Terexov məlumat verib.

Belə ki, gecə saatlarında şəhər dronların hədəfinə çevrilib. Xüsusilə mərkəzdə yerləşən bir yaşayış binasında 6-cı mərtəbədən 9-cu mərtəbəyə qədər mənzillər alova bürünüb. İlkin məlumatlara görə, dağıntılar altında qalan insanlar var.
 

"Hücum bir saatdan çox davam etdi, səma dronlarla dolu idi. Onlarla partlayış səsi eşidildi", — deyə mer bildirib.



Hücumlar nəticəsində 3 nəfər həlak olub, daha 17 nəfər, o cümlədən ikisi uşaq yaralanıb.

Ümumilikdə ruslar Xarkova 48 minaatanla hücum edib, 4 KAB hava bombası və 2 raket atıblar.

Bu gün səhər saatlarına olan məlumata görə, 18 çoxmənzilli binaya və 13 fərdi yaşayış evinə ziyan dəyib. Zərbələr havadan və yerdən, o cümlədən dronlar vasitəsilə endirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO