İsraildə fövqəladə vəziyyət: Əhali təcili təxliyyə olunur - FOTO

İsraildə fövqəladə vəziyyət: Əhali təcili təxliyyə olunur - FOTO

Hazırda oxunan: İsraildə fövqəladə vəziyyət: Əhali təcili təxliyyə olunur - FOTO
247019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin Baş naziri Benyamin Netanyahu Qüds yaxınlığında baş verən və sürətlə yayılan meşə yanğınlarını "milli fövqəladə vəziyyət" adlandırıb.

Bizim.Media xəbər verir ki, güclü küləklər və yüksək temperatur fonunda yanğınlar şəhərə doğru irəlilədiyi üçün Qüdsün özü belə təhlükə altına düşüb.

Yanğınsöndürənlər bir neçə nəfərin xəsarət almasına səbəb olan alovları nəzarətə almağa çalışdığı bir vaxtda, İsrail ordusu da prosesə cəlb olunub. Qalxan tüstü səbəbilə magistral yollar bağlanıb, minlərlə insan təxliyə olunub.

İsrailin xilasetmə xidməti Magen David Adom (MDA) tərəfindən verilən məlumata görə, 23 nəfərə tibbi yardım göstərilib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.Əksəriyyət tüstüdən zəhərlənmə və yanıq xəsarətləri ilə mübarizə aparır.

Qüds-Təl-Əviv magistral yolu bağlanıb, bəzi icmalar artıq boşaldılıb. Polis əhalini bölgəyə səfərlərdən çəkinməyə çağırıb.

Yanğınlar Qüdsdən 30 kilometr qərbdə yerləşən Latrun və Bet Şemeş ətrafındakı meşəlik ərazilərdə tüğyan edir. Yüksək temperatur və güclü küləklər alovun yayılmasını sürətləndirib.

İsrail Xarici İşlər Nazirliyi Yunanıstan, Kipr, Xorvatiya, İtaliya və Bolqarıstan daxil olmaqla bir sıra ölkələrə yardım üçün müraciət edib.

Qeyd edək ki, İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan da kömək istəyib.

İsraildə fövqəladə vəziyyət: Əhali təcili təxliyyə olunur - FOTO - foto 1
İsraildə fövqəladə vəziyyət: Əhali təcili təxliyyə olunur - FOTO - foto 2
İsraildə fövqəladə vəziyyət: Əhali təcili təxliyyə olunur - FOTO - foto 3
İsraildə fövqəladə vəziyyət: Əhali təcili təxliyyə olunur - FOTO - foto 4
İsraildə fövqəladə vəziyyət: Əhali təcili təxliyyə olunur - FOTO - foto 5
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO