Qorxunc hörümçəyin yol polisinə “hücum” anı kameraya yaxalandı –  VİDEO

Qorxunc hörümçəyin yol polisinə “hücum” anı kameraya yaxalandı – VİDEO

Hazırda oxunan: Qorxunc hörümçəyin yol polisinə “hücum” anı kameraya yaxalandı – VİDEO

244334
Qorxmayın! Heç də hər şey gördüyünüz kimi deyil. Bu hörümçək də reallıqda çox balacadır. Amma gözləriniz sizi aldadacaq.

Adətən, polis kameraları qayda pozuntularını qeydə alır. Amma Texas yol polisinin kamerası “nəhəng” hörümçəyin görüntülərini qeydə alıb. Videogörüntülərdən belə təəssürat yaranır ki, hörümçək polis əməkdaşına hücum etməyə hazırlaşır və sonradan fikrindən daşınır.

Əslində isə görüntüləri yayımlayan polis işçisi Hollivuda meydan oxumaq qərarına gəlib. Hollivuda çağırışla “xüsusi effektlər istəyirnizimi? Alın!” deyə videogörüntüləri yayımlayıb. Reallıqda sadəcə, balaca bir hörümçək polis maşınının alın şüşəsi boyunca hərəkət edir. Amma vizual olaraq bu, nəhəng bədheybət həşərat təsəvvürü yaradır.

“Huffington Post”a istinadən həmin videogörüntüləri təqdim edirik. Baxın və əylənin. İstəsəniz, özünüz də belə “dəhşət” epizodları çəkə bilərsiniz.(bizimyol.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO