ABŞ Rusiyaya nota verdi

ABŞ Rusiyaya nota verdi

Hazırda oxunan: ABŞ Rusiyaya nota verdi
24415
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə amerikalı Trevor Ridin sərbəst buraxılmaması ilə bağlı etiraz notası göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytında bildirilib.

ABŞ Rusiyadakı müvəqqəti işlər vəkili Bartl Qorman deyib ki, ABŞ vətəndaşına 16 gündür konsulluq xidmətinin göstərilməsinə buraxılmaması ilə bağlı uyğun nota iyunun 10-da Rusiya XİN-ə təqdim edilib.

Qeyd olunub ki, bu il mayın 25-də Trevor Riddə koronavirus aşkarlanıb.  Ailə üzvləri və səfirlik əməkdaşlarının onunla telefonla danışmasına icazə verilməyib. 

Qeyd edək ki, T.Rid 2020-ci ilin iyulunda hakimiyyət nümayəndəsinə (polis əməkdaşlarına) güc tətbiq etməkdə təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub. İstintaq məlumatına əsasən, o, Moskvada müvəqqəti yaşadığı küçədə iki qadınla mübahisə edib. Hadisə yerinə polis əməkdaşları çağırılıb. Tələbə Rid polis idarəsinə aparılıb. Sonra ona qarşı cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO