Fransa qoşunları daha bir ölkədən QOVULUR

Fransa qoşunları daha bir ölkədən QOVULUR

Hazırda oxunan: Fransa qoşunları daha bir ölkədən QOVULUR
228282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kot d'İvuar Prezidenti Alasana Uattara Fransa qoşunlarının ölkədən çıxarılmasını istəyir”.

Bizim.Media xəbər verir ki, televiziya ilə xalqa müraciətində Uattara bildirib ki, xalq öz ordusunun modernləşdirilməsindən qürur duymalıdır.

“Bu kontekstdə biz, fransız kontingentinin ölkədən koordinasiyalı şəkildə çıxarılmasına qərar verdik” – deyə prezident vurğulayıb.

Qeyd edək ki, noyabrda Qərb mediası Fransanın bu ölkədəki hərbçi sayını 2200-dən 600-ə endirəcəyi barədə məlumat yayıb.
 

“Euronews” kanalının məlumatına görə, Fransa Afrikadakı hərbi mövcudluğunun 70 faizini itirib. Mali, Niger və Burkina-Fasodakı fransız qoşunları bütünlüklə çıxarılıb. Paris ən böyük kontingenti Cibutidə (1500 hərbçi) və Qabonda (350) saxlamağı düşünür.


Xatırladaq ki, Çad hökuməti də Fransaya qoşunlarını ölkədən çıxarılması üçün yanvarın sonuna qədər vaxt verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO