İranda türk adı qoyulan uşağa 6 ildən sonra şəhadətnamə verildi – FOTO

İranda türk adı qoyulan uşağa 6 ildən sonra şəhadətnamə verildi – FOTO

Hazırda oxunan: İranda türk adı qoyulan uşağa 6 ildən sonra şəhadətnamə verildi – FOTO

223852

İranın Qeydiyyat İdarəsi 6 ildən sonra Güney Azərbaycanın Culfa şəhərindən olan Huntaya doğum haqqında şəhadətnamə verib.

Bizim.Media xəbər verir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu (HRANA) yazıb.

Məlumata görə, İranın Qeydiyyat İdarəsi bundan öncə güneyli azyaşlıya türk adına görə şəhadətnamə verməkdən boyun qaçırırdı. Huntayın valideynləri isə övladlarına şəhadətnamə almaq üçün mübarizə aparıblar. Qeyd olunub ki, 6 il müddətində Huntayın şəxsiyyətini təsdiq edən sənədlərin olmaması səbəbindən o, tibbi, sosial və təhsil xidmətlərdən məhrum edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO