Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub

Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub

Hazırda oxunan: Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub
220020
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəzza sektorunda davam edən döyüşlər zamanı azı 188 jurnalist həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Liviyanın “Al Mayadeen” televiziyası məlumat yayıb.

Fələstin hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında başlayaraq, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda həlak olmuş jurnalistlərin sayı 188-ə çatıb.

Qətərin “Al Jazeera” telekanalı 3 noyabrda Qəzza sektorunda 182 jurnalistin həlak olduğunu bildirmişdi. Televiziya kanalı həmçinin, bir çox media işçisinin ailələri ilə birlikdə öldürüldüyünü qeyd edib.
 

Yaxın Şərqdə vəziyyət 2023-cü ilin 7 oktyabrında Fələstiinin radikal HƏMAS hərəkatının Qəzza sektorundan İsrailə keçərək sərhəd bölgələrindəki yaşayış məntəqələrindəki sakinləri öldürməsi və girov götürməsindən sonra kəskinləşib.


İsrail buna cavab olaraq HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və bütün girovların azad olunması məqsədilə Qəzza bölgəsində əməliyyata başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO