Ağır vəziyyətdə yaşayan ölkə vətəndaşlarını alçaldaraq yaltaqlığa məcbur edən deputat cəzalandırılacaqmı?
Deputat susuzluq problemi olan ərazidə yalnız “Prezidentə uzun ömür arzulayıram” deyən vətəndaşlara su paylayıb.xa0
Moderator.az “Euronews”a istinadla xəbər verir ki, rəzil olay Suriyanınxa0 bir neçə aydır ki, amansız döyüşlər gedən Şərqi Quta əyalətində baş verib.xa0xa0
Muhəmməd Kaband adlı parlament üzvünün susuzluqdan əziyyət çəkən əyalətxa0 sakinlərinə su paylamasını təsvir edən video-görüntülər eturazlara səbəbxa0 olub. Hətta Bəşər Əsəd tərəfdarları da deputatın məsuliyyətə cəlb olnmasını tələb edirlər.xa0

Sosial şəbəkələrin ərəb seqmentində yayılmış videokadrlardan görünür ki, hakimiyyət nümayəndələri yalnız Bəşər Əsədi dəstəkləyən Şərqi Quta sakinlərinə bir butulka su verirlər. Köynək və qalstukda olan deputat Muhəmməd Kaband daim mərmi, güllə altında acınacaqlı vəziyyətdə yaşayan, sudan ötrü biri-birini itələyən yerli sakinlərdən Bəşər Əsədə uzun ömür arzulamalarını tələb edir. Bundan sonra o, dəfələrlə soruşur:”Sizin prezidentiniz kimdir?”. Sakinlərin çoxu gözləmədənxa0 Suriya başçısının adını çəkirlər. Deputatın yanında hərbi formada dayanmış adam isə qışqırır:”Biz həyatımızı prezidentimiz Bəşər Əsəd üçün qurban verərik!..”
Suriya parlament üzvünün özbaşına hərəkəti ölkə müxalifətini B.Əsədə qarşı yeni hücumlara təhrik edib. Hökumət üzvəri də iqtidarı gözdən salan deputatı qınayıblar. Onun məsuliyyətə cəlb olunub-olunmayacağı hələki bilinmir.
Sultanxa0 Laçın




































































































