Moskva vilayətində yeniyetmələrə yanacaq satışı qadağan edildi

Moskva vilayətində yeniyetmələrə yanacaq satışı qadağan edildi

Hazırda oxunan: Moskva vilayətində yeniyetmələrə yanacaq satışı qadağan edildi

621303

Moskva Vilayət Duması yeniyetmələrə yanacaq-sürtkü materiallarının satışının məhdudlaşdırılması haqqında qanun qəbul edib.

Bizim.Media xəbər verir ki, yeni qanunvericilik aktı 2026-cı il sentyabrın 1-dən etibarən qüvvəyə minəcək.

Qanunu pozan fiziki şəxslər üçün 5 min rubl, vəzifəli şəxslər üçün 50 min rubl, hüquqi şəxslər (şirkətlər) üçün isə 100 min rubl məbləğində cərimə nəzərdə tutulur.

Yeni qaydalarda yeganə istisna rəsmi olaraq moped və ya yüngül motosiklet idarə etmək hüququ olan (sürücülük vəsiqəsi olan) yeniyetmələr üçün tətbiq ediləcək. Yanacaqdoldurma məntəqələrinin (YDM) əməkdaşları yanacaq satarkən gənclərin sənədlərini yoxlamağa borclu olacaqlar.

Qeyd olunur ki, qəbul edilmiş bu normalar xüsusilə "pitbayk" (miniatür motosiklet) sürən yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO