Arılar və mobil telefonlar 50 ölkənin sonunu gətirəcək – SENSASİON AÇIQLAMA

Arılar və mobil telefonlar 50 ölkənin sonunu gətirəcək – SENSASİON AÇIQLAMA

Hazırda oxunan: Arılar və mobil telefonlar 50 ölkənin sonunu gətirəcək – SENSASİON AÇIQLAMA

621325

Arılar sadəcə təbii flora üçün deyil, həm də bəşəriyyətin mövcudluğu üçün lazımdır. Arılar məhv olarsa dünyanın da sonu gələr. Amma deyəsən Rusiya qabağa düşüb, çünki bu ölkədə arılar daha sürətlə qırılır.

Bizim.Media Rusiya Elmlər Akademiyasının Koltsov adına İnkişaf Biologiyası İnstitutunun məlumatına istinadən xəbər verir ki, 2000-ci illərdə ölkədə 10 milyondan çox arı ailəsi var idisə, indi onların sayı 4 milyondan da azdır.

Alimlər xəbərdarlıq edir ki, Rusiyada arıların mövcud nəsli kəsilmə sürəti ekoloji fəlakətin başlanğıcı hesab edilə bilər.

Qeyd edək ki, Yer üzündə arılar məhv olur və elm adamları hələ də onların məhv olmasının səbəbini bilmirlər.

"Arı koloniyasının dağılması sindromları artıq təkcə Rusiyada deyil, dünyanın əlli ölkəsində qeydə alınıb. Bu, izaholunmaz bir fenomendir. Bunun niyə baş verdiyinə dair yalnız fərziyyələr var: pətəkdəki bütün işçi arılar təxminən bir həftə ərzində yox olur”, - deyə bildirilir.

Maraqlısı budur ki, çiçək dalınca uçub gedən arılar sonra pətəyə qayıda bilmir, istiqamətini itirir. Alimlər buna səbəb arıların mobil telefonlara məruz qalmağı və pestisidləri şübhə altına alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO