I qrup üzrə 700 bal toplayan Burlaxatun - FOTO

I qrup üzrə 700 bal toplayan Burlaxatun - FOTO

Hazırda oxunan: I qrup üzrə 700 bal toplayan Burlaxatun - FOTO

621361

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir.

O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Qeyd edək ki, buraxılış imtahanında Mingəçevirdən olan Burlaxatunla birlikdə əkiz bacısı da yüksək nəticə əldə etmişdi. Belə ki, Burlaxatun Məcidli maksimum 300 bal toplayıb, Banu Məcidli isə 266,7 bal əldə edib. Hər iki abituriyent Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdidir. (modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO