ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə bankın mobil tətbiqində istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq", – məlumatda bildirilib.
Bank müştərilərdən yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib. Bundan əlavə, istifadəçilər hazırda ABB Mobile tətbiqinə daxil olmaqda çətinlik çəkirlər.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:14 / 24.06.2026
ABB istifadəçilərinə xəbərdarlıq: Vəsaitlər silinir – FOTOFAKT
Hazırda oxunan: ABB istifadəçilərinə xəbərdarlıq: Vəsaitlər silinir – FOTOFAKT
Hazırda oxunan: ABB istifadəçilərinə xəbərdarlıq: Vəsaitlər silinir – FOTOFAKT
621298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































