Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Hazırda oxunan: Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

621385

Əməkdar artist Mətanət İsgəndərli mahnılarını ifa edən müğənnilərin müəllif adına hörmətlə yanaşmamasından gileylənib.

Bizim.Media xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində qonaq olarkən mahnıların ifa edildiyi zaman müəllif adının çəkilməməsini "bir uşağın kimin övladı olduğunu gizlətməyə" bənzədib.
 

"Mən bütün mahnılarımı öz övladım kimi görürəm. İnanın ki, bu belədir. Çünki musiqi insanın canından, ruhundan qopub gəlir. Həmişə deyirəm ki, qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm. Amma sanki "övladını aparıblar, ancaq demirlər ki, bu kimin uşağıdır". Adama necə təsir edər?.


Mən bunu sadəcə halallıq üçün deyirəm.

Onsuz da bu dünyadan özümüzlə heç nə aparmayacağıq, hər şey burada qalacaq, heç nə bizim deyil. Sadəcə, ortada insan haqqı və halallıq məsələsi var". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO