Ankara şəhidlərinin qanı yerdə qalmadı: MİT-dən uğurlu əməliyyat - VİDEO

Ankara şəhidlərinin qanı yerdə qalmadı: MİT-dən uğurlu əməliyyat - VİDEO

Hazırda oxunan: Ankara şəhidlərinin qanı yerdə qalmadı: MİT-dən uğurlu əməliyyat - VİDEO
217547
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ankara şəhərində, TUSAŞ aerokosmik təşkilata qarşı törədilən terror aktından sonra Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriya və İraqın şimalında PKK terrorçularının hədəflərini məhv edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ankara şəhidlərinin kimliyi bəlli oldu - FOTO


Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri "TRT Haber" yayıb.

Əməliyyatlarda MİT Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektlərini, logistika və sursat anbarlarını və bir çox strateji nöqtələrini hədəfə alıb.

Qurum qeyd edib ki, terror təşkilatı PKK/YPG-yə qarşı planlaşdırılan əməliyyatlar fasiləsiz davam etdirəcək.

Xatırladaq ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO