Türkiyədə prospektlərdən birinə Milli Qəhrəmanımızın ADI VERİLDİ – FOTO

Türkiyədə prospektlərdən birinə Milli Qəhrəmanımızın ADI VERİLDİ – FOTO

Hazırda oxunan: Türkiyədə prospektlərdən birinə Milli Qəhrəmanımızın ADI VERİLDİ – FOTO
215677
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərtac”a Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsindən bildirilib.

Qeyd edilib ki, qəhrəmanın adı prospektə Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsinin Bələdiyyə Məclisinin qərarı ilə verilib. Qərara əsasən, Afyonkarahisarın Çayırbağ rayonundakı “Qurtuluş” prospektinin adı “İbad Hüseynov” olaraq dəyişdirilib.

Prospektin rəsmi açılış mərasimi oktyabrın 17-də keçiriləcək.

Qeyd edək ki, 2022-ci ildə Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan park salınıb və burada Milli Qəhrəmanımızın heykəli ucaldılıb.
 

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynovun böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir.


O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunub.

Türkiyədə prospektlərdən birinə Milli Qəhrəmanımızın ADI VERİLDİ – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO