ABŞ - da benzin rekord qiymətə qalxdı və... – Hakerlər TƏSLİM OLDU

ABŞ - da benzin rekord qiymətə qalxdı və... – Hakerlər TƏSLİM OLDU

Hazırda oxunan: ABŞ - da benzin rekord qiymətə qalxdı və... – Hakerlər TƏSLİM OLDU

21505

ABŞ-ın ən böyük boru kəməri operatoru olan Colonial Pipeline qarşı edilən kiberhücumla əlaqədar ölkədə bir neçə gündür ki, benzinin qiyməti rekord həddə yüksəlib.

Bizim.Media xəbər verir ki, belə ki, boru kəmərinin mayın 7 - dən fəaliyyətini dayandırdığı üçün ayın 13 - ü səhərədək ölkədə benzinin qiyməti geniş miqyasda dəyişib. Ölkədəki 60 mindən çox yanacaqdoldurma məntəqəsindəki qiymət dalğalanmaları həftəlik ortalama 3.02 dolları keçib.

Qeyd edək ki, bu 2014-cü ilin oktyabr ayından bəri ən yüksək göstəricidir.

Hazırda boru kəmərinin fəaliyyəti bərpa olunub. Şirkət Şərq Sahilinə yanacaq tədarükünün tamamilə bərpa olunduğunu elan edib.

"Təmsil etdiyimiz bütün bazarlarda yanacaq tədarükü başladılıb",- deyə şirkət rəsmisi bildirib.

Lakin təchizat zəncirinin normallaşması üçün bir neçə gün lazım olduğu da qeyd olunur.

Xatırladaq ki, ABŞ-ın cənubundan Nyu-Yorka qədər 5500 mil (8850 km) məsafədə uzanan və günlük 2,5 milyon barrel yanacaq nəql edən Colonial Pipeline Systems boru kəmərinin idarəetmə proqramı kiberhücuma məruz qalıb. Vurulan ziyan təxminən 10 milyardlarla dollar hesablanır. Artıq hakerlər öz işlərini başa çatdırıb və vəziyyətə “təslim olublar”.

Qeyd edək ki, ABŞ höküməti bir müddət əvvəl edilən kiberhücuma görə, hətta Rusiyanı da günahlandırırdı. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO