“Samsung”dan iranlı və şimali koreyalı idmançılara ilginc  QADAĞA

“Samsung”dan iranlı və şimali koreyalı idmançılara ilginc QADAĞA

Hazırda oxunan: “Samsung”dan iranlı və şimali koreyalı idmançılara ilginc QADAĞA

212049
2018 Qış Olimpiya Oyunlarında iştirak edək bütün idmançılara ağıllı telefon hədiyə edəcəyini açıqlayan Cənubi Koreya şirkəti “Samsung”, İran və Şimali Koreyadan olan idmançılara bunu şamil etməyib.
“Samsung” şirkəti buna səbəb olaraq ABŞ-ın İran və Şimali Koreyaya sanksiya tətbiq etməsini göstərib.

Şirkət, İran və Şimali Koreyadan olan idmançılara telefon verməyəcəyini açıqlayınca bu Tehranın etirazına səbəb olub.

İranın rəsmi xəbər agentliyi IRNA Cənubi Koreya şirkətinin qərarını “əxlaqdan kənar” adlandırıb. İranın xarici işlər naziri Cavad Zərif də cənubi koreyalı rəsmilərə etiraz edib və oyunları boykot edəcəklərini bildirib.(Modern.azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO