ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

Hazırda oxunan: ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

622107

ABŞ və İran nümayəndələri tərəflər arasında qarşılıqlı hərbi zərbələrin dayandırılması və Hörmüz boğazı ətrafındakı ixtilafları tənzimləmək məqsədilə iyunun 30-da Dohada məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Nəşr yüksəkrütbəli amerikalı məmura istinadən qeyd edib: "ABŞ və İran bir-birinə zərbələr endirməyi dayandırmaq barədə razılığa gəliblər, çünki hər iki tərəf çərşənbə axşamı Qətərin paytaxtında görüşərək Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etməyi planlaşdırır".

Mənbələrin verdiyi məlumata görə, ilkin olaraq tərəflər çərşənbə axşamı İsveçrədə görüşərək İslam Respublikasının nüvə proqramını müzakirə etməyi planlaşdırırdılar.

Lakin son günlər regionda yaşanan kəskin hərbi eskalasiya səbəbindən ABŞ və İran danışıqların həm məkanını, həm də əsas mövzusunu dəyişmək qərarına gəliblər. Amerikalı mənbə əlavə edib ki, Dohadakı məsləhətləşmələrdə ABŞ tərəfdən texniki qrupun rəhbəri Nik Stüart (Nick Stewart) da iştirak edəcək.

Xatırladaq ki, bazar günü İran tərəfi son hücumları və Birləşmiş Ştatlarla bağlanmış "anlaşma memorandumunun yerinə yetirilməyən şərtlərini" əsas gətirərək, planlaşdırılan texniki danışıqlarda iştirakdan imtina etdiyini bəyan etmişdi. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO