AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq

AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq

Hazırda oxunan: AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq
622182
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərkəzi Bankın hədəfi yalnız daxili bazarın inkişafı ilə məhdudlaşmır. Məqsəd həm də Azərbaycanın maliyyə xidməti göstərən qurumlarının xarici bazarlara çıxışını və beynəlxalq fəaliyyətini dəstəkləməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu məqsədlə prioritet istiqamətlərdən biri transsərhəd (cross-border) ödənişlərin inkişafı və digər ölkələrin ödəniş sistemləri ilə inteqrasiyadır:
 

"Yaxın gələcəkdə ilk növbədə Azərbaycanın ən çox ticarət apardığı və turist axınının yüksək olduğu ölkələrlə qarşılıqlı ödəniş inteqrasiyalarının qurulması nəzərdə tutulur. Perspektivdə Azərbaycanın regional ödəniş habına çevrilməsi potensialı da qiymətləndirilir.


Bununla yanaşı, bu proses uzunmüddətli yanaşma tələb edir və innovasiyaların dəstəklənməsi, eləcə də yeni məhsul və xidmətlərin tətbiqi üçün müasir və adekvat normativ-hüquqi bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO