21 dəqiqə piyada gəzmək ürək xəstəliyi riskini 30 faiz azaldır.
Bizim.Media xəbər verir ki, gəzintinin əhəmiyyətini vurğulayan hesabat "Harvard Health"də dərc olunub.
Hesabatda həmçinin gəzintinin diabet və xərçəng riskini azaltdığı, təzyiq və xolesterolu aşağı saldığı, eləcə də zehni gümrahlığı qorumağa kömək etdiyi qeyd olunub.
Evdən və ya ofisdən işləməyin üstünlükləri olsa da, ekspertlər gün ərzində hərəkətsiz qalmağın zamanla sağlamlığa mənfi təsir göstərə biləcəyini vurğulayırlar. Harvard Universitetinin təkamül biologiyası professoru Den Liberman açıqlamasında idman etmədən çox oturmağı əsl problem olaraq gördüyünü bildirib.
Ekspertlər həmçinin gəzintilərin mütləq templi və ya yorucu olmasının vacib olmadığını qeyd ediblər. Hətta sadəcə müntəzəm olaraq çölə çıxıb gəzmək belə bədənə fayda verir.
Bizim.Media


































































































