Azərbaycan Dövlət Neft Şirkətinə aid avtomobilin sürücüsü qəfildən vəfat edib.
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 15-də saat 15 radələrində baş verib.xa0
Paytaxtın Üzeyir Hacıbəyli küçəsi ilə hərəkət edən 10 AA 193 nömrəli “Chevrolet”x9d markalı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Mikayıl Məmmədovun qəfildən hal pisləşib. O avtomobili “Sahil bağı”x9dnın yaxınlığında saxlaya bilib, amma elə oradaca ürəktutmasında vəfat edib.

































































































